4 avqust 2012 00:42
Azərbaycan Almaniyada ilk oyunu məğlubiyyətlə başa vurdu
Çimərlik futbolu üzrə Azərbaycan yığması Avropa Liqasında ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Berlində baş tutan B qrupunun oyunlarında millimiz ilk oyununu meydan sahiblərinə - Almaniya yığmasına qarşı keçirib.
Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb – 2:3. Komandamızın qollarını Quliyevlə Baxşəliyev vurub.
Komandamız növbəti oyununu bu gün Türkiyəyə qarşı keçirəcək.
