5 avqust 2012 00:46

Əfran İsmayılov: Problem klublarımızın aldığı legionerlərlə bağlıdı

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın 1-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ” yeni mövsümdəki ilk oyununa hazırdı?
- Bəli, biz əla təlim-məşq toplanışı həyata keçirmişik. Birinci mərhələdə fiziki hazırlıq üzərində çalışdıq. İkincidə isə yoldaşlıq oyunları keçirdik. Bu oyunlarda taktiki vəziyyətləri sınaqdan keçirirdik. Komanda yeni mövsümə 80 faiz hazırdı. Amma çox şeyə meydanda aydınlıq gələcək.
 
- İlk oyununuz “İnter”ə qarşı olacaq...
- “İnter” əla komandadı. Onların əsas üstünlüyü ondan ibarətdi ki, mövsümə avrokuboklardan başlayıblar. Biz isə hələ rəsmi oyun təcrübəsini bundan sonra qazanmaq şansı əldə edəcəyik. Amma əminəm ki, onlar da bizdən çəkinirlər. Odu ki, bərabər oyun olacaq.
 
- Bundan əvvəlki mövsümlərin startında “Qarabağ” bir qayda olaraq çoxlu xal itirirdi və bu, avrokuboklardakı çıxışınızla əlaqələndirilirdi. Bu dəfə necə olacaq?
- Hər oyuna diqqətlə yanaşmaq lazımdı. Biz çempion olmaq istəyirik. Alınmasa, avrokuboklara düşməyə çalışacağıq. Bunun üçün isə hər oyunda yaxşı çıxış etməyə ehtiyac var. Xal itkisi minumum olmalıdı.
 
- Hansı klubun transfer siyasəti səni daha çox təəccübləndirdi?
- Mənim fikrimcə, ən yaxşı transferləri “Qəbələ” və “Neftçi” edib. Onlar digər komandaların aldığı futbolçulardan daha keyfiyyətli transferlər ediblər. Amma bizim də yaxşı heyətimiz var və bu, böyük hədəflərə çatmağa imkan verə bilər.

- Mətbuatda sizinlə Türkiyənin birinci liqa klubunun maraqlandığı barədə məlumatlar dolaşırdı...
- Mənim bundan xəbərim yoxdu. Amma Türkiyənin birinci liqasında oynamaram. İstənilən məbləğ müqabilində. Mənim üçün Azərbaycan çempionatı daha yüksək səviyyəlidi. Mümkündü ki, mənimlə maraqlansınlar. Amma hansısa kluba keçidim müzakirə mövzusu deyil.
 
- Avrokubokların yeni mövsümü barədə nə deyə bilərsiz?
- “Qarabağ” avrokuboklarda oynamağı çox istəyirdi. Amma bu dəfə alınmadı. Digər klublarımıza gəlincə, “Neftçi” hələ mübarizəni davam etdirir. Düzünü deyim ki, mən “Bakı”ya böyük ümidlər bəsləyirdim. Onlar üçün hər cür şərait yaradılıb. Amma komanda Sloveniya “Mura”sını keçə bilmədi. “Neftçi” Gürcüstan “Zestafoni”sinə qarşı layiqli oyun sərgilədi. Amma İsrail “Hapoel”i ilə (Kiryat Şmona) oyunları alınmadı. Baxmayaraq ki, avrokubokların cari mövsümünün püşkatması “Neftçi” üçün çox düşərlidi. “Hapoel”i keçmək olardı.
 
- Bəs “İnter”lə “Xəzər Lənkəran”?
- “İnter” Yunanıstan klubuna qarşı layiqli oyun göstərsə də, penaltilərlə məğlub oldu. “Xəzər Lənkəran” da Polşa “Lech”inə öz gücünü göstərdi. Amma bu, mərhələ keçmək üçün yetərli olmadı. İndi yalnız “Neftçi” qalır. Hesab edirəm ki, hər şey bu komandanın öz əlindədi. Hələ Avropa Liqasının qrup mərhələsinə düşməyə şans var. Onlar pley-off oyunlarına ölüm-qalım mübarizəsi kimi baxmalıdılar.
 
- Sizcə, onlar qrup mərhələsinə vəsiqə qazana bilərlər?
- Bu yolda problem təkcə “Neftçi”də deyil. Problem bütövlükdə klublarımıza cəlb olunan legionerlərlə bağlıdı. Onlar sadəcə Azərbaycan çempionatı üçün yaxşı hesab oluna bilərlər. Avrokuboklarda isə əsl səviyyələri üzə çıxır. Ona görə də “Qarabağ” legioner seçiminə çox ciddi yanaşır. Klublarımıza avrokuboklarda məhz legioner futbolçular böyük uğur qazandırmalıdılar. Amma biz, bunu onlardan görmürük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.