5 avqust 2012 00:58
İlk turda ilklər günü
Futbol üzrə Azərbaycan Premyer Liqasında ik ayyarımlıq fasilə başa çatdı. Azerisport.az xəbər verir ki, ötən gün Azərbaycan çempionatında 2012-2013 mövsümünə start verildi.
9 aylıq marafonun start turunun ilk oyun günündə üç qarşılaşma baş tutdu. Gəncədə Qərb derbisi baş tutdu və “Kəpəz” “Turan”ı qəbul etdi. Hesabı 10-cu dəqiqədə “Kəpəz”dən İrakli Beraya açdı. Bu, mövsümün ilk qolu oldu. 36-cı dəqiqədə “Turan”ın debütantı Murad Ağakişiyev tarazlığı bərpa etdi. 69-cu dəqiqədə isə Azər Məmmədov tovuzlulara qələbə gətirən qola imza attı – 2:1. Bu isə mövsümün ilk və ilk oyun gününün yeganə qələbəsi oldu.
Bu oyunla eyni saatda başlayan “Sumqayıt” – AZAL oyununda isə qalib müəyyənləşmədi. Yay fasiləsində çox sayda transfer etməklə yenidən qurulan komandaların oyununda azarkeşlər dörd qol izlədilər. Hesabı 12-ci dəqiqədə AZAL-ın yeni transferi Cavid Tağıyev açdı. 44-cü dəqiqədə Orxan Əliyev tarazlığı bərpa etdi. 55-ci dəqiqədə “Sumqayıt”ın yeni transferi Pərdis Fərcad-Azad komandasını hesabda önə keçirdi. Amma 67-ci dəqiqədə Zohair Benuahi AZAL-a 1 xal gətirən qola imza atdı – 2:2. Bu isə, mövsümün ilk heç-heçəsi kimi yadda qaldı.
Günün son oyununda isə bu il çempionluq uğrunda mübarizə aparacağı açıqlanan “Qəbələ” ilk altılığa düşmək iddiasında olan “Simurq”un qonağı oldu. Hesabı 15-ci dəqiqədə “Qəbələ”nin yeni transferi Deyan Kelhar açdı. “Simurq” buna 66-cı dəqiqədə İlkin Qırtımovun vurduğu qolla cavab verdi. Qalan dəqiqələrdə qol olmadı və oyun 1:1 hesabı ilə başa çatdı. Matçın 84-cü dəqiqəsiqdə baş hakim Elçin Məmmədov “Qəbələ”dən Ürfan Abbasovu meydandan qovdu. Bu mövsümün ilk qırmızı vərəqəsi oldu.
Turun iki oyunu isə bu gün keçiriləcək. “İnter” “Qarabağ”ı, “Rəvan” “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu turun “Neftçi” – “Bakı” oyunu isə təxirə salınıb.
Premyer Liqa
1-ci tur
4 avqust
KƏPƏZ - TURAN - 1:2 (1:1)
Qollar: İrakli Beraya, 11 (1:0), Murad Ağakişiyev, 36 (1:1), Azər Məmmədov, 69 (1:2).
Sarı vərəqələr: Armand Feutçin, 61 (qeyri-idman hərəkəti); Renat Sultanov, 69 (rəqibi tutduğuna görə); Əli İsmayılov, 90+2 (qeyri-idman hərəkəti) - Azər Məmmədov, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
Gəncə. Şəhər stadionu. 8000 tamaşaçı.
Kəpəz: 1. İvan Radoş, 5. Əli İsmayılov (k), 66. Lyuba Baranin, 15. Şahin Kərimov, 17. Renat Sultanov (14. Georgi Sepiaşvili, 75), 18. Nikolay Svejnitsov, 10. Armand Feutçin, 11. Qoqa Beraya (7. Pərvin Paşayev, 74), 9. İrakli Beraya, 6. Məhərrəm Hüseynov (8. Elvin Həsənəliyev, 68), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 4. Azər Məmmədov, 19. Sərxan İsmayılov, 3. Təbriz Hüseynli.
Baş məşqçi: Fuad İsmayılov.
Turan: 28. Mikayıl Yusifov, 2. Hüseyn İsgəndərov (7. Azər Məmmədov, 46), 3. Ante Zuzak, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov (18. Seymur Tağıyev, 63), 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 11. Qoqi Pipia (15. Rəşad Piriyev, 88), 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina.
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 13. Bayram Kərimov, 19. Asəf Qədiri, 20. İlkin Sadıqov.
Baş məşqçi: Əsgər Abdullayev.
SUMQAYIT - AZAL - 2:2 (1:1)
Qollar: Cavid Tağıyev, 12 (0:1), Orxan Əliyev, 44 (1:1), Pərdis Fərcad-Azad, 55 (2:1), Zohair Benuahi, 67 (2:2)
Sarı vərəqələr: Uğur Pamuk, 62 (rəqibi əllə tutduğuna görə); Slavik Alxasov, 76 (əllə tutduğuna görə); Emin Cəfərquliyev, 90+3 (bilərəkdən əllə oyun) // Artur Patras, 34 (simulyasiya); Zohair Benouahi, 80 (hakimə etiraz)
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion. 2400 tamaşaçı
Sumqayıt: 1. Səlahət Ağayev, 2.Atam Məhəmməd Əli (9. Orxan Əliyev, 37), 3. Aftandil Hacıyev, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 13. Murad Ağayev (17. Emin Cəfərquliyev, 72), 10. Ceyhun Sultanov, 22. Slavik Alxasov, 76. Uğur Pamuk (21. Məhəmməd Mirzəbəyov, 68), 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev.
Baş məşqçi: Bernhard Raab.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Juan Fransisko, 4. Junior Aylton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 11. Zohair Benuahi, 15. Oskar Klyava (37. Andrius Veliçka, 63), 16. Junior Nildo (17. Viktor İbekoyi, 84), 3. Usim Nduka, 20. Branislav Arseniyeviç, 28. Artur Patras (99. Orxan Həsənov, 60).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 8. Elman Taqayev, 10. Tərlan Xəlilov, 22. Ruslan Tağızadə.
Məşqçi: Şakir Qəribov.
SİMURQ – QƏBƏLƏ - 1:1 (0:1)
Qollar: Deyan Kelhar, 15 (0:1), İlkin Qırtımov, 66 (1:1).
Sarı vərəqələr: İlkin Qırtımov, 58 (qeyri-idman hərəkəti) - Ürfan Abbasov, 31 (qeyri-idman hərəkəti); 84 (bilərəkdən əliylə rəqibi tutduğuna görə); Elmar Baxşiyev, 39 (sistematik qayda pozuntusu).
Qırmızı vərəqə: Ürfan Abbasov, 84 (bilərəkdən əliylə rəqibi tutduğuna görə).
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Zaqatala. Şəhər stadionu. 1500 tamaşaçı
Simurq: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k) (17. Rüstəm Məmmədov, 88), 4. Dilaver Zrnanoviç, 5. Rüstəm Abbasov (8. Qədir İbrahimov, 13), 7. Ruslan Poladov, 9. Marçin Burkhard, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç (20. Rəşad Əyyubov, 90+1).
Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 18. Qafar Qafarov, 19. Nicat Qurbanov, 24. Mehman Məmmədov.
Baş məşqçi: Georgi Çıxradze.
Qəbələ: 25. Dieqo Kosta Silva, 3. Vurğun Hüseynov (k), 10. Dodo, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Alekdr Çertoqanov, 21. Elmar Baxşiyev (22. Lorival Rodriqes Asis, 60), 27. Rəşad Abdullayev (9. Viktor Mendi, 69), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Bruno Da Silva, 20. Rəşid Əmiraslanov, 23. Şəhriyar Xəlilov, 45. Murad Musayev.
Baş məşqçi: Fatih Kavlak.
