5 avqust 2012 01:16
Super Liqa klubu adını dəyişdi
Futbol üzrə Türkiyə Super Liqasının yeni mövsümündə çıxış etmək hüququ qazanan “Elazığspor” klubu adını dəyişməyə qərar verib. Azerisport.az xəbər verir ki, bu, Elazığ təmsilçisinin özünə yeni sponsor tapması ilə əlaqədardı.
Belə ki, ötən gün bu klubla yeni sponsor “Sanica Boru” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən klubun bundan sonrakı bir il ərzində klubu adı "Sanica Boru Elazığspor" olacaq.
“Elazığspor” bunun qarşılığında “Sanica Boru”dan 3 milyon lirəlik gəlir əldə edəcək.
