5 avqust 2012 02:38
Millimizin Türkiyə zəfərinin memarları bəlli oldu
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Avropa çempionatının Almaniyanın Berlin şəhərində təşkil olunmuş seçmə mərhələsində Azərbaycan milli komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşan millimiz 6:5 hesabı ilə qələbə qazanıb.
Komandamızın 6 qoluna 3 futbolçu müəlliflik edib. Belə ki, Zeynal Zeynalovun het-trik, Hikmət Bağırovun isə dubl etdiyi oyunda komandamızın daha 1 qolunu Emin Kürdov vurub.
Qeyd edək ki, millimiz ilk görüşündə Almaniyaya 2:3 hesabıyla uduzmuşdu. Son görüşümüz isə bu gün Yunanıstana qarşı olacaq.
