5 avqust 2012 18:19
Azərbaycan Yunanıstanı darmadağın etdi
Çimərlik futbolu üzrə Avropa çempionatının Almaniyanın Berlin şəhərində təşkil olunmuş seçmə mərhələsində Azərbaycan milli komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Yunanıstan yığması ilə qarşılaşan millimiz 6:3 hesabı ilə qələbə qazanıb.
Elvin Quliyevin het-trik etdiyi qarşılaşmada Zeynal Zeynalov, Hikmət Bağırov və Comərd Baxşəliyev də hərəyə bir dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, komandamız ilk oyununda Almaniyaya 2:3 hesabıyla uduzmuş, ardından Türkiyəni 6:5 hesabıyla məğlub etmişdi. Bu nəticələr sayəsində Bəhram Hətəmovun yetirmələri qrupda ikinci yeri tutublar. Bu, komandamıza “B” divizionuna vəsiqə qazandırıb. “A” divizionuna vəsiqə isə ilk yerin sahibi Almaniyaya qismət olub.
