5 avqust 2012 18:26
“Ümid edirəm ki, Bakıda heç bir sürpriz olmayacaq”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) yarımmüdafiəçisi Ravid Qazal UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab matçı ilə (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşmadan öncə bunları dilə gətirib:
“Bizim böyük üstünlüyümüz var. Başladığımız işi başa çatdırmaq və komandamız üçün tarix yazmaq istəyirik. Çox ümid edirəm ki, Bakıda heç bir sürpriz olmayacaq.Bizi süni örtüklü meydançada oyun gözləyir. Amma bu, uğursuzluq halında bizə bəraət qazandıra bilməz”.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 4:0 hesabıyla “Hapoel”in xeyrinə başa çatmışdı. Cavab oyunu isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
