5 avqust 2012 18:48
Yığmamızın hücumçusu İspaniya klubunun əsas heyətinə düşə bilmədi
İspaniyanın “Elche” klubu bu ölkənin Sequnda (La Liqadan sonra ikinci ən güclü birincilik) Liqası üçün iştirak ərizəsini açıqlayıb. Azerisport.az xəbər verir ki, 2012/13 mövsümü üçün açıqlanan heyətdə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov yer ala bilməyib.
Qeyd edək ki, ötən mövsüm əvəzedici komandada çıxış edən millimizin üzvü bu yay əsas komandanın təlim-məşq toplanışına cəlb olunmuşdu. O, hətta komandanın dörd sınaq matçında da meydana çıxmış, iki məhsuldar ötürmə ilə yadda qalmışdı. Amma görünür komandanın baş məşqçisi Fran Eskribe hələ onu əsas çempionata hazır saymır.
Bu üzdən də 19 yaşlı hücumçumuz növbəti mövsümdə də əvəezedici komandada çıxış edəcək.
