5 avqust 2012 19:04
Hapoel Bakıya sabah gələcək
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) Bakıya gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan bu komanda paytaxtımıza sabah təşrif buyuracaq.
Səhər saatlarında Bakıda olacaq komanda axşam ilk məşqə də çıxacaq.
Qeyd edək ki, bu komandaların birinci oyunu “Hapoel”in 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
