5 avqust 2012 22:54
Simurq Bakı ilə oyun öncəsi istirahət etmədi
Dünən “Qəbələ” ilə heç-heçə oynayaraq hesabına ilk xalı yazan “Simurq” istirahət etmədən növbəti matçın hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, yüngül isinmə hərəkətləri ilə başlayan bugünkü məşq ikitərəfli oyunla tamamlanıb.
Əsas heyətdə yer almayan futbolçular isə komandadan ayrı çalışıb. Yalnız “Qəbələ” ilə oyunda dizindən zədələnən Rüstəm Abasov bu günki məşqdə iştirak etməyib.
Qeyd edəki, “Simurq”un növbəti turdakı rəqibi “Bakı” olacaq. Qarşılaşma avqustun 10-da paytaxt klubunun bazasında keçiriləcək.
