5 avqust 2012 23:30
Yunis Hüseynov: Rəvanın oyunlarını analiz edə bilməmişdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 1-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempionatın başlaması münasibətilə bütün futbolçuları və komandaları təbrik edirəm. Biz Avropa Liqasında dörd qarşılaşmada meydana çıxmışdıq. Yəqin ki rəqib komanda bizim oyunlarımıza baxıb analiz etmişdi. Ancaq təəssüf ki, biz “Rəvan” komandasının oyunlarını analiz edə bilməmişdik. Gərgin oyun oldu. Qələbə qazanmaq üçün bir çox imkanlarımız oldu. Əfsuslar olsun ki, səhv buraxdıq və bunun da nəticəsində qapımızda qol gördük. Birinci qarşılaşmalar həmişə ağır olur. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. “Rəvan” komandasına uğurlar arzulayıram”.
