5 avqust 2012 11:46

“Ümid edirəm ki, mövsümə qələbə ilə başlaya biləcəyik”

“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov Premyer Liqanın birinci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, yeni mövsüm ərəfəsində bunları dilə gətirib:
 
“Çox ümid edirəm ki, ilk oyunda yaxşı oynaya və çempionata qələbə ilə başlaya biləcəyik. Öz məqsədimizə çatmaq üçün sona kimi mübarizə aparacağıq. Xüsusilə də avrokuboklardan tez ayrıldığımız üçün qələbə qazanmağı çox istəyirik. Bu, bizə çox fayda verər”.
 
Ötən mövsüm “bankirlər” “Qarabağ”ı heç bir oyunda məğlub edə bilməmişdi. Amma bolqar yarımmüdafiəçi qarşıdakı oyuna optimist yanaşır: “Ümumiyyətlə, hansısa rəqibin münasib olduğunu demək çətindi. Hər bir komanda meydana qələbə qazanmaq üçün çıxır. Biz də bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”la ötən mövsümdəki oyunlarda imza atdığımız uğursuzluqları unutdurmaq üçün başqa çıxış yolumuz yoxdu”.
 
Lakin Zlatinov özü mövsümün start matçında forma geyə bilməyəcək: “Təəssüf ki, belədi. Mənim kiçik zədəm var. Ona görə də bu həftəni buraxmağa məcburam. Ümid edirəm ki, 2-ci turdan komandama kömək edə biləcəm”.
 
“İnter”in yarımmüdafiəçisi komandasının bu mövsüm üçün hədəflərindən də danışıb: “Hədəf həmişəki kimidi – Azərbaycan kubokunu qazanmalı, çempion olmalıyıq. Ümumiyyətlə, ölkə kuboku son illər son anda əlimizdən çıxır. Odu ki, bu dəfə həmin uğursuzluqları da unutdurmağı hədəfləmişik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.