5 avqust 2012 12:19
“Azərbaycan çempionatında motivasiya daha yüksəkdi, nəinki Moldovada”
Moldovanın “Rapid” klubunun yeni hücumçusu Anatoli Doroş Azərbaycandakı karyerasından danışıb. Azerisport.az xəbər verir ki, bir neçə klubumuzda forma geymiş futbolçu Moldova mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Bu kluba keçmək haqda qərar vermək mənim üçün ilk növbədə psixoloji cəhətdən çox çətin idi. Çünki Moldovada danışılmış oyunlarla bağlı çoxlu problemlər var. Həmçinin hamıya bəllidi ki, burda ödəniş o qədər də yüksək deyil. Amma məndə elə vəziyyət yarandı ki, geri qayıtmalı oldum. “Rapid”lə müqaviləmin müddəti qışa kimidi, sonrasına baxarıq. Yenə xaricdə oynamağı çox istəyirdim. Lakin alınmadı. Mən deməzdim ki, Moldova futbolunun səviyyəsi Azərbaycan və ya Qazaxıstan çempionatları ilə müqayisədə zəifdi. Sadəcə, orda motivasiya çox yüksəkdi”.