5 avqust 2012 12:36
Hapoel Neftçi ilə cavab matçı öncəsi daha bir qələbə qazandı
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi “Hapoel” (Kiryat Şmona) “ağ-qaralar”la cavab matçı öncəsi yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, İsrail klubu yerli “Bney Sahnin”lə üz-üzə gəlib.
Son mövsümdə 8-ci olmuş bu komanda ilə görüş “Hapoel”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Neftçi” ilə “Hapoel” arasındakı birinci oyun avqustun 1-də Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutmuşdu və meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
