6 avqust 2012 13:46

Gəldi, oynadı, vurdu

Premyer Liqanın yeni mövsümünün ilk turu “Qəbələ” üçün bır sıra hadisələrlə əlamətdar olub. Azerisport.az xəbər verir ki, komandanın Zaqatalada “Simurq”la heç-heçə etməsi (1:1) yubileylər və ilklərlə yadda qalıb.
 
Həmin maraqlı məqamların siyahısı ilə sizi də tanış edirik:
 
- “Qəbələ” tarixində 30-cu səfər heç-heçəsinə imza atıb. Bu, 116-cı oyunda rəsmiləşib. 30 heç-heçədən 23-ü Premyer Liqa, 3-ü kubok, 4-ü birinci dəstədə qeydə alınb.
- Fatih Kavlakın rəhbərliyi altında Premyer Liqada 5-ci dəfə heç-heçə edən komanda bu rəqəmə 21-ci matçında çatıb.
- Kavlakın rəhbərliyi altında səfər matçlarında 15-ci qolunu vuran “Qəbələ” bunu 12-ci oyununda bacarıb.
- Ötən mövsümün 29-cu turunda “İnter”ə səfərdə 1:2 hesabı ilə uduzduqdan sonra 4 matçdır ki, “Qəbələ” uduzmur. Bunların 3-ü ötən mövsümün sonluğunda olub. “Bakı” (4:0), “Xəzər Lənkəran” (1:1), “Neftçi” (1:0) ilə oyunlarla başlayan seriya bu mövsümün “Simurq”la qarşılaşmasında davam etdi.
- “Qəbələ” ardıcıl 3 mövsümdür çempionata qələbəylə başlaya bilmir. 2010/11 mövsümündə “Xəzər Lənkəran” (0:1), 2011/12 mövsümündə “Bakı” (0:0) ilə start oyunları da indiki kimi qələbəsiz bitmişdi. Komanda sonuncu dəfə 2009/10 mövsümündə qələbə ilə start götürmüşdü. Onda indiki rəqib “Simurq” üzərində qələbə əldə olunmuşdu - 2:1.
- “Simurq”la oyunda 5 futbolçu ilk dəfə “Qəbələ” formasında meydana çıxdı.
- Kosta Silva Dieqo, Kalabane Umar, Lourival Rodriqes Assis, Rəşad Abdullayev, Deyan Kelhar debüt etməsi ilə klub tarixində forma geyənlərin ümumi sayı 137-yə çatdı.
- Dieqo və Assis indiyədək “Qəbələ"də oynamış braziliyalı legionerlərin ümumi sayını 8-ə çatdırıb.
- Kalabane isə Abdulkader Kamaradan sonra 2-ci qvineyalı olub.
- Bu 137 futbolçudan 76-sı yerli, 61-i legionerdir.
- Rəşad Abdullayev klub tarixinin 76-cı yerli oyunçusudur.
- Bu oyunadək heç bir sloveniyalı “Qəbələ”nin şərəfini qorumamışdı. Kelhar buna nail olan ilk sloveniyalı kimi tarixə düşdü.
- Bununla da “Qəbələ”də təmsil olunan ölkələrin sayı 27-yə çatdı: Gürcüstan – 9, Braziliya - 8, Rusiya – 6, Serbiya, Ukrayna – hərəsi 5, Moldova – 3, Hollandiya, Bolqarıstan, Rumıniya, Qvineya – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Seneqal, Sierra Leone, Türkiyə, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa və Sloveniya – hərəsi 1. Bu 61 legionerdən 6-sı milliləşən olsa da onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb.
- Premyer Liqada “Qəbələ” forması geymiş oyunçuların sayı isə 122-yə çatdı.
- Kelhar qol vuran 70-ci futbolçu kimi klub tarxinə adını yazdırıb. Bu 70 oyunçudan başqa daha 6 avtoqol da qeydə alınıb.
- Sloveniyalı həm də Premyer Liqada qol vuran 51-ci “Qəbələ”li oldu.
- Müdafiəçi Nodar Məmmədov komandanın heyətində yubiley – 50-ci oyununu keçirdi. O, ən azı 50 oyunda klubun şərəfini qoruyan 19-cu futbolçudur.
 
mövsüm
turnir
Oyun
Dəqiqə
Qol
Vərəqə
Qırmızı
2010/11
çempionat
27
2320
1
4
1
2010/11
kubok
3
210
0
0
0
2011/12
çempionat
18
819
1
3
1
2011/12
kubok
1
90
0
0
0
2012/13
çempionat
1
90
0
0
0
 
 
50
3529
2
7
2
 
- Daha təcrübəli Elmar Baxşıyev “Qəbələ”də 10-cu oyununu keçirib. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 250-ci matçına çıxıb.
- Karyerasında 4-cü dəfə “Qəbələ”nin kapitanı kimi meydana çıxan Vurğun Hüseynov bu göstəricidə 13-cü olan Saşa Yunisoğlu və Samir Məmmədova çatıb.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.