6 avqust 2012 01:23

Qələbə heç kimə lazım deyil?

Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun daha iki oyunu keçirildi. Azerisport.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutdu.
 
Ötən mövsümün bürünc mükafatçısı “İnter” “Qarabağ”la üz-üzə gəlib. “Bankirlər” “Şəfa” stadionundakı təmir işlərinə görə rəqibini “AZAL Arena”da qəbul edib. Avropa Liqasında mübarizəni dayandıran paytaxt klubu ötən mövsüm avrokuboklara vəsiqə qazana bilməyən “Qarabağ”la dueldə qələbə qazanmağı hədəfləmişdi. Amma tərəflərdən heç biri bu istəyinə çata bilməyib.
 
Hesabı birinci hissədə “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem açıb. Amma məğlubiyyətlə barışmayan “İnter” sona qədər mübarizə aparıb və 89-cu dəqiqədə bərabərlik qoluna imza atıb. Baçana Tsxadadzenin zərbəsi zamanı top son anda Admir Teliyə dəydiyindən avtoqol qeydə alınıb – 1:1. Beləcə, yeni mövsümün iki iddialı komandası turun mərkəzi görüşündən sülhlə ayrılmalı olublar.
 
Avropa Liqasında “Lech”ə uduzan “Xəzər Lənkəran” isə mövsümə yeni baş məşqçi ilə başlayan “Rəvan”ın qonağı olub. “Dalğa Arena”dakı matçda ilk qol meydan sahiblərindən gəlib. 10-cu dəqiqədə Bakı klubunun ABŞ çempionatından transfer etdiyi sierra-leoneli Salliu Bundu hesabı açıb. “Xəzər Lənkəran” buna 55-ci dəqiqədə Branimir Subaşiçin qolu ilə cavab verib. Bundan sonra oyunda qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, 1-ci turun üç oyunu şənbə günü baş tutmuşdu. “Sumqayıt” – AZAL oyunu 2:2, “Simurq” – “Qəbələ” matçı 1:1 hesabı ilə başa çatmışdı. “Turan” isə səfərdə “Kəpəz” üzərində qələbəyə sevinmişdi – 2:1. Bu turun “Neftçi” – “Bakı” qarşılaşması isə təxirə salınıb.
 
Premyer Liqa
1-ci tur
5 avqust (bazar)
 
İNTER – QARABAĞ – 1:1 (0:1)
Qollar: M.Muarem, 37 (0:1), A.Teli, 89-öz qapısına (1:1)
Sarı vərəqələr: Baçana Sxadadze, 65 (fitdən sonra topa zərbə); Abdulla Abatsiyev, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
5 avqust 2012. Bakı. "AZAL Arena". 1000 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev (11. Asif Məmmədov, 51), 10. Georgi Adamiya (77. Ruslan Əmircanov, 90+1), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev, 87. Haynts Barmettler (9. Daniel Genov, 72).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 24. Fuad Bayramov, 25. İbrahima Niasse.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev (16. Elnur Abdulov, 78), 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem (18. İlqar Qurbanov, 90+3), 11. Rauf Əliyev (17. Vüqar Nadirov, 69), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Kamil Hüseynov, 4. Zaur Həşimov, 17. Vüqar Nadirov, 19. Emin İmaməliyev.
Baş məşqçi: Qurban Qurbanov.
 
RƏVAN - XƏZƏR LƏNKƏRAN – 1:1 (1:0)
Qollar: S.Bundu, 10 (1:0), B.Subaşiç, 55 (1:1)
Sarı vərəqələr: Şeriff Suma, 90+2 (oyunun bərpasını gecikdirdiyinə görə) - Eder Bonfim, 52 (qeyri-idman hərəkəti); Ağabala Ramazanov, 90 (rəqibə qarşı kobud oyun).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
5 avqust 2012. Bakı. "Dalğa Arena". 600 tamaşaçı.
Rəvan: 1. Kulaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 8. Tural Axundov, 11. Şeriff Suma, 13. Şəhriyar Rəhimov (18. Samuel Barlay, 46), 14. Juan Manuel Varela (20. Kristian Torres, 84), 15. Tural Cəlilov, 22. Tofiq Mikayılov, 23. Sallieu Bundu (10. Nemanya Vidakoviç, 24), 28. Amid Quluzadə.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 5. Nikolay Orlovski, 7. Elvin Musazadə, 25. Əli Əliyev.
Baş məşqçi: Cevat Gülər.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 27. Adrian Skarlatake, 21. Radomir Todorov, 8. Eder Bonfim, 15. Ruslan Abışov (55. Ağabala Ramazanov, 86), 6. Robert Alviz, 16. Adrian Pit, 7. Sadio Tounkara (10. Elnur Abdullayev, 78), 14. Rahid Əmirquliyev (k), 9. Branimir Subaşiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 17. Kazım Kazımlı, 18. Alim Qurbanov.
Baş məşqçi: Yunis Hüseynov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.