6 avqust 2012 01:37
Qarabağ mərkəzi arenaya köçür
“Qarabağ” yeni mövsümdə ev oyunlarını Quzanlıda keçirməyəcək. Azerisport.az xəbər verir ki, artıq xeyli müddətdi bu ideyadan imtina etməyi düşünən Ağdam təmsilçisi rəqiblərini paytaxtda qəbul edəcək.
Özü də güman ki, “Qarabağ” ev oyunlarını Suraxanı qəsəbə stadionunda da keçirməyəcək. Çünki klub rəhbərliyi Tofiq Bəhramov adına Respublika stadionundan yararlanmaq istəyindədi. Hazırda bu yöndə danışıqlar davam edir.
