6 avqust 2012 13:57

Gənclər kubokuna yekun vuruldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda gənclərarası ilk “Gənclər Kuboku” layihəsinə yekun vurulub.  Azerisport.az xəbər verir ki, layihənin bağlanış mərasimi 6 avqust 2012-ci il tarixində saat 18:30-da AFFA-nın inzibati binasında konfrans zalında keçiriləcək.
 
Bağlanış mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, millət vəkili Ceyhun Osmanlı, “NOVCO” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi iştirak edəcəklər.   
 
Xatırladaq ki, turnir çərçivəsində iki play-off mərhələsi keçirilib. Birinci play-off mərhələsində 32 komanda, ikinci play-off mərhələsində isə birinci mərhələdə qalib gələn 16 komanda iştirak edib. İkinci play-off mərhələsindən sonra qalib gələn 8 komanda qrup mərhələsində mübarizəni davam etdirib. 
 
Turnir çərçivəsində 19 iyul tarixində final mərhələsində ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyi) və ASAİF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) komandaları qarşılaşıb və ASAİF komandası qalib gəlib. Layihə çərçivəsində bütün oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilib.  
 
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən “İdman ili” elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği  və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.