6 avqust 2012 14:21

“Bu, Azərbaycanda daha böyük çempionatların keçirilməsinə təkan verəcək”

Azerisport.az sizi AFFA-nın Baş Katibi Elxan Məmmədovun müsahibəsi ilə tanış edir. O, qarşıdan gələn tədbirə hazırlığın gedişatı, həmçinin onun qəbul edən ölkəyə gətirəcəyi fayda haqqında danışıb.
 
- Cənab Məmmədov, “DÇ-2012”-yə hazırlıq hansı istiqamətlər üzrə gedir? Nə artıq hazırdır və nələr gözlənilir?
- Biz çempionata hazırlıq çərçivəsində məktəb və universitetlərdə 70-ə yaxın təqdimat, çoxsaylı aksiyalar, tədbirlər keçirmişik, otuzdan artıq müxtəlif sərgilərdə iştirak etmişik. Lakin, təbii ki, biz bununla kifayətlənmirik, bir neçə böyük sosial layihələr hazırlanıb, onların yaxın günlərdə buraxılacağı gözlənilir. 17 yaşına qədər futbolçular və futbolçu qızlar arasında Dünya Çempionatına ilk dəfə 1000 könüllü cəlb edilib, onlardan 100-ü dünyanın dörd bir yanından gəlir. Bütövlükdə, hazırda Çempionata son hazırlıqlar aparılır – tezliklə istismara veriləcək stadionların tikintisi və təmiri başa çatır.
 
- Yarışlar hansı meydançalarda keçiriləcək?
- Bakıda beş stadionda – “8 km”, Bayıl qəsəbələrində, Tofiq Bəhramov adına Respublika Stadionunda, “Dalğa Arena” və “Şəfa” stadionlarında, həmçinin Lənkəran şəhərində Mərkəzi Stadionda. Bütün stadionlar FİFA-nın standartlarına və tələblərinə uyğundur. Açılış, dörddə bir final və çempionatın bağlanışı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 
- Çempionatın açılış və bağlanış mərasimlərini necə keçirməyi planlaşdırırsınız?
- Azərbaycan ilk dəfədir ki, bu miqyasda idman tədbiri keçirir və hər şeyin yüksək səviyyədə olması bizim üçün çox mühümdür. Məlumdur ki, Çempionatın mərasaimlərində çıxış etmək üçün dünya səviyyəli ulduzlar – açılışda Cenifer Lopes, dörddə bir finalda Rianna və finalda Şakira xüsusilə dəvət olunublar. Biz Bakı sakinləri və bütöv Azərbaycan üçün parlaq və unudulmaz şou hazırlayacağıq, lakin, ən əsası, stadiona hər gələn və yarışları müşahidə edən, ilk növbədə, maraqlı oyunlardan zövq alacaq və əsl futbol bayramına qərq olacaqlar.
 
- Azarkeşlər yarışlara biletləri necə ala bilərlər?
- Azərbaycanda ilk dəfə olaraq futbol tədbirlərinə onlayn bilet satışı istifadəyə verilib. Həmçinin Bakıda bilet satışı üzrə dörd məntəqə təşkil olunub: “Park Bulvar”, “Metropark”, “Xalq Bank”ın “Neftçilər” filialı və “Bakcell” Şirkətinin Nizami küçəsi, 83 ünvanında yerləşən xidmət ofisi. Bundan başqa, bizdə сall-center fəaliyyət göstərir. Arzu edənlər bütün suallarla bağlı (+99412) 480-36-91 (saat 09:00-18:00-dək) və (+994 55) 525-20-12 (sutkada 24 saat) telefon nömrələrinə müraciət edə bilərlər.
 
- Qarşıdan gələn yarışlara biletlər uğurla satılırmı?
- Bilet satışı töz axarı ilə gedir, ona görə də biz oyuna baxmaq istəyənlərə bilet almağı sonraya saxlamağı məsləhət görmürük. Bu gün Çempionatın açılışına biletlərin yarısı artıq satılıb. Artıq dörddə bir finalın və qrup yarışlarının biletləri satışa buraxılıb.
 
- Bu tədbiri neçə ölkə teleyayımlayacaq?
- Qadın futbolu üzrə Dünya Çempionatı Azərbaycandan dünyanın 125 ölkəsinə yayımlanacaq.
 
- Qarşıdan gələn Çempionat çərçivəsində daha hansı tədbirlər hazırlanır?
- Avqustda qadın futbolu üzrə DÇ Kuboku Trofi-turunun keçirilməsi gözlənilir, bu isə əfsanəyə yaxınlaşmaq, qənimətlə şəkil çəkdirmək, əsl futbol atmosferini hiss etmək və bayramda iştirak etmək üçün nadir imkandır. Kubok gətiriləcək dörd şəhərdən hər birində konsertlər, müsabiqələr, əyləncəli tədbirlər keçiriləcək. Çempionatın biletlərini, çoxsaylı hədiyyə və suvenirləri udmaq, Çempionatın talismanı – “Top Top Qız” maskotu ilə görüşmək imkanı olacaq. 15 sentyabrdan etibarən Bakıda fan-zona açılacaq, azarkeşlər burada futbol çempionatının adrenalinlə zəngin atmosferini hiss edəcək, sevimli yığmasının iştirakı ilə oyunları nəhəng ekrandan izləyəcəklər.
 
- Azərbaycan yığmasının şanslarını necə qiymətləndirirsiniz?
- İlk növbədə, qeyd etmək lazımdır ki, komandamız iki il əvvəl yaradılıb və təcrübəsi azdır. Lakin, buna baxmayaraq, qızlar maraqlı və cəlbedici komanda oyunu nümayiş etdirməklə, çoxlu qələbələr qazanmaqla, özlərini çox yaxşı göstərirlər. Biz komandamızla fəxr edirik, ümidvarıq ki, azarkeşlər də qızları istiqanlılıqla qarşılayacaq və onlara inam bəxş edəcəklər. Əsl futbol həvəskarları mənimlə razılaşarlar ki, heç nəyə baxmadan, sevimli komandaya azarkeşlik etmək lazımdır, axı əsas qələbə deyil, iştirakdır. Öz növbəsində, mən əminəm ki, bizim yığmamız tamaşalı, kombinasiyalı və başlıcası nəticəvi futbol göstərmək üçün əlindən gələni edəcək.
 
- Belə miqyaslı çempionatın keçirilməsi Azərbaycana nə verəcək?
- Bu halda ikinci dərəcəli rol oynayan iqtisadi mənfəətdən başqa, çempionatın, ilk növbədə, Azərbaycanda qadın futbolunun, futbol azarkeşləri və tamaşaçılarının mədəniyyətinin inkişafında böyük rol oynayacağını qeyd etmək istərdim və, nəhayət, Avropa və Dünya Çempionatları kimi daha böyük miqyaslı çempionatların keçirilməsinə təkan verəcək. Stadionlarda futbol aləminə canlı maraq göstərən, sevimli komandalarına ürəkdən azarkeşlik edən insanların mümkün qədər çox olması olduqca vacibdir. Yığmamıza azarkeşlik edin, onlara stadionda dəstək verin – bizim dəstəyimiz onlar üçün çox əhəmiyyətlidir! (biznesinfo.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.