6 avqust 2012 14:36
Azərbaycan çempionatının püşkü atılacaq
Futzal üzrə Azərbaycan çempionatının 2012/13 mövsümünün püşkü atılacaq. Azerisport.az xəbər verir ki, yeni mövsümün püşkatma mərasimi avqustun sonunda təşkil olunacaq.
Ayın 20-də keçiriləcək mərasimdə bütün klublar ilk rəqiblərini tanıyacaqlar. Qeyd edək ki, yeni mövsümdə səkkiz klub iştirak edəcək.
