6 avqust 2012 15:54
Sumqayıtdan transfer açıqlaması (FOTO)
Premyer Liqanın ilk turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-la qarşılaşan (2:2) “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, 2011/2012 mövsümünü “Qəbələ”də keçirmiş Murad Hüseynov klubumuzla birillik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı forvard 4 dəfə Azərbaycan millisinin formasını geyinib və 1 qola imza atıb.
