6 avqust 2012 16:47
Neftçinin Qarabağla da oyunu təxirə salındı
Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünün daha bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Neftçi” klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Hapoel” cavab oyunu ilə əlaqədar olaraq Premyer Liqanın II turunun “Qarabağ” – “Neftçi” oyunu 10 avqust 2012-ci il tarixindən 11 avqust 2012-ci il tarixinə keçirilib.
