6 avqust 2012 16:38
Azərbaycan Finlandiya və Estoniya ilə üz-üzə
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın Tallinn şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız avqustun 14-də Estoniya, avqustun 17-də isə Finlandiya komandası ilə qarşılaşacaq.
Estoniya - Azərbaycan oyunu yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 18:00), Azərbaycan - Finlandiya qarşılaşması isə yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 16:30) başlayacaq.
