6 avqust 2012 17:06
Bəhreyn yığması millimizlə Dalğa Arenada oynamaqdan imtina etdi
Xəbər verdiyimiz kimi, avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirilməli idi. Lakin Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb.
Azerisport.az xəbər verir ki, həmin müraciət nəzərə alınaraq, Azərbaycan - Bəhreyn oyununun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub.
Oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək
