6 avqust 2012 17:24
Neftçi jurnalistlər üçün yenə avtobus ayırdı
07.08.2012-ci il tarixində "Dalğa Arena"da "Neftçi" və "Hapoel" komandalarının açıq məşqi və mətbuat konfransının keçirilməsi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, tədbiri işıqlandırmaq istəyən KİV nümayəndələri üçün "Neftçi" PFK tərəfindən avtobus ayrılacaq.
Avtobus 07.08.2012-ci il tarixində saat 18:00-da Gənclik Metrostansiyasının yaxınlığından (Bazar Store-nin yanı) yola düşəcək.
