6 avqust 2012 18:47
“4 topun əvəzini çıxmaq çox çətindi, amma mümkündü”
"Neftçi" PFK-nın futbolçusu Rəşad Sadiqov "Hapoel" (Kiryat-Şmona) ilə oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"İlk oyundakı biabırçı məğlubiyyət mərhələ keçmək şansımızı azaldıb. Buna baxmayaraq ümidimizi itirmirik. Bilirik ki, 4 topun əvəzini çıxmaq çox çətindi, amma mümkündür. Bunu azarkeşlərimizin dəstəyi sayəsində bacara bilərik. Odur ki, azarkeşlərimizi stadiouna dəvət edirəm. İstəyimiz odur ki, onlar bizi sonadək dəstəkləsinlər".
