6 avqust 2012 19:04
Flavinyo: Məğlubiyyətin əvəzini çıxmaq üçün gözəl şansımız var
"Neftçi"nin futbolçusu Flavinyo İsrail çempionu “Hapoel”lə (Kiryat Şmona) cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"İsraildə baş tutmuş ilk matçda nə baş verdiyini izah etmək çətindir. 0-4 hesabına bəraət qazandırmaq niyyətim yoxdu. Amma bu məğlubiyyətin əvəzini çıxmaq üçün gözəl şansımız var. Komanda olaraq ümidimizi itirməmişik və qələbəyə köklənmişik. Onu da deyim ki, "Hapoel" Kiryat-Şmona ilə cavab oyununda azarkeş dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, onlar bizi bu qarşılaşmada tək qoymayacaqlar və fürsətdən istifadə edib bütün neftçisevərləri bizi dəstəkləməyə çağırıram".
