6 avqust 2012 19:45
Simirq daha bir transferi rəsmən açıqladı
"Simurq" Peşəkar Futbol Klubu heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, bu komanda Bakının "İnter" klubuna məxsus Asif Mirilini icarə əsasında transfer edib.
21 yaşlı gənc yarımmüdafiəçi mövsümün sonuna qədər “sarı-qaralar”ın şərəfini qoruyacaq və "Simurq"da 14 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2004-cü ildən "İnter" klubunda karyerasın davam etdirən Asif Mirili 19 yaşlılardan ibarət Azərbaycan yığmasına da dəvət edilib.
