6 avqust 2012 10:53
Türkiyə və Avstriya klublarının görüşündə azərbaycanlı
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.
Oyunları avqustun 8-də start götürəcək bu qrupda Avstriyanın "Olstarz", İrlandiyanın İİD, İsveçrənin "Minerva" və Türkiyənin "Ankara" klubları mübarizə aparacaq. Qrupun qarşılaşmaları Avstriyada keçiriləcək.
