6 avqust 2012 11:08
Qurban Qurbanov: Qarabağ hələ tam hazır deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 1-ci turunun “İnter”lə səfər oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız yenə əsas rəqiblərindən biri ilə görüşdə qələbəni son dəqiqələrdə əldən verdi. Hansı ki, ötən mövsümdə də belə olmuşdu. Yəqin ki, bu, sizi qane edə bilməz...
- Şübhəsiz ki, bu oyunun da nəticəsiz bizi razı sala bilməz. Son dəqiqələrdə buraxılan qolla qələbəni əldən vermək çox üzücüdü. Amma onu da deməliyəm ki, rəqib də bir xala layiq idi. Çünki onlar da nəticə qazanmaq üçün çox çalışdılar. İkinci hissədə rəqib daha yaxşı təsir bağışladı. Digər tərəfdən bu, mövsümün ilk oyunu idi. Ona görə də dərhal istədiyimiz oyunu göstrməyimiz mümkün deyildi.
- Buna nə mane olur ki?
- Ondan başlayaq ki, heç də bütün futbolçular eyni qaydada hazır deyillər. Kimsə yaxşı hazırlaşıb, kimsə pis. Heyətdə zədəli futbolçular da var. Bax buna görə də hələ öz yetirmələrimi tənqid etmək istəmirəm. Hər halda komanda düzgün oynamağa çalışırdı. Bütövlükdə, ilk oyunun nəticəsini qənaətbəxş sayıram.

- Belə çıxır ki, komanda mövsümə hələ hazır deyil?
- Xeyr, biz hələ hazır deyilik. Çatışmazlıqlar qalır. Amma əminəm ki, zamanla hər şey qaydasına düşəcək.

- Transfer pəncərəsinin bağlanmasına çox az qalıb. Yeni transfer olacaq?
- Daha iki transfer həyata keçirmək istəyirik. Bir forvard və bir orta sahə oyunçusu axtarırıq. Əgər istədiyimiz oyunçuları tapa bilsək, mütləq dəvət edəcəyik.

- Bu oyunda yeni futbolçularınızdan Riçard Almeyda debüt etdi. Necə təsir bağışladı?
- İlk oyun üçün pis deyildi. O, hələ təzədi. İlk növbədə vaxt lazımdı. Onun yaxşı oyunları qabaqdadı.

- Yəqin ki, klub rəhbərliyi artıq komandanın qarşısına hədəf qoyub...
- Ötən mövsüm avrokuboklara düşə bilməmişdik. Bu mövsüm isə minimum hədəf avrokuboklara vəsiqə qazanmaqdı. Hər halda daha yüksək yerlər uğrunda mübarizə aparacağımızı da müəyyənləşdirmək çətin deyil.
- “Qarabağ” yoxdu, nəticə də yoxdu”. Avrokubokların bu mövsümü ilə bağlı əksəriyyət bu fikirdədi. Bəs siz?
- Mən deməzdim ki, avrokubokların bu mövsümü çox uğursuz alındı. Bütün klublarımız yaxşı çıxış etməyə çalışdı. Məsələn, “İnter”i götürək. Onlar çox ciddi komandaya yalnız penaltilər seriyasında məğlub oldular. “Xəzər Lənkəran” da özünü yaxşı tərəfdən göstərdi.

- Bəs “Neftçi”dən belə oyun gözləyirdiniz?
- Şübhəsiz ki, daha yaxşı oyun gözləyirdim. “Hapoel” səhvlərdən yaxşı yararlandı. Ona görə də belə nəticə alındı. “Neftçi”yə növbəti oyunlarda uğurlar arzulayıram.