6 avqust 2012 11:26
Azərbaycan çempionu Belarus, Latviya və Slovakiya klublarına qarşı
"Araz" Futzal Klubu avqustun 16-dan 20-dək Latviyanın Riqa şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, yarışda "Araz"la yanaşı Latviyanın "Nikars", Belarusun "Mapid" və Slovakiyanın "Slov-Matik" klubu mübarizə aparacaq.
