6 avqust 2012 11:31
Yığmamızın Qəbələdə toplanışı olacaq
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış avqustun 22-dən 30-a qədər Qəbələ şəhərində təşkil olunacaq.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısı hələlik açıqlanmır.
