6 avqust 2012 11:59
Öncə Neftçi, sonra Hapoel
Sabah UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” – “Hapoel” (Kiryat Şmona İsrail) oyunu öncəsi hər iki komandanın baş məşqçisinin mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, jurnalistlərin önünə öncə “ağ-qaralar”ın, daha sonra isə qonaqların baş məşqçisi çıxacaq.
Belə ki, saat 19:30-da Tərlan Əhmədovun jurnalistlərlə görüşü nəzərdə tutulub. 20:00-da isə komandamız son məşqini həyata keçirəcək.
20:30-da İsrail təmsilçisinin baş məşqçisi Gil Landu mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra isə “Hapoel” açıq məşqə çıxacaq.
Qeyd edək ki, bu komandaların ilk oyununda İsrail klubu 4:0 üstün olub. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
