6 avqust 2012 13:02
Hakimlərimiz AÇ-nin seçmə mərhələsində
FIFA referisi Səbayel Qurbanova beynəlxalq oyunlara təyinat alıb. Azerisport.az xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 7-dək 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Belarusda keçiriləcək 9-cu qrupunun oyunlarını idarə edəcək hakimlərdən biri Səbayel Qurbanova olacaq.
Turnirdə daha bir təmsilçimiz - FIFA referi köməkiçisi Gülyana Güvəndiyeva da iştirak edəcək.
Bu qrupda Belarus, Finlandiya, İrlandiya və Gürcüstan yığmaları mübarizə aparacaq.
