7 avqust 2012 13:31
Neftçi azarkeşlərinə də avtobus ayırdı
08.08.2012-ci il tarixində "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Hapoel" matçını stadiondan izləmək istəyən azarkeşlər üçün avtobuslar ayrılacaq. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, nəqliyyat vasitələri saat 17:00-dan etibarən metronun "Gənclik" və "Koroğlu" stansiyalarının qarşısından hərəkət edəcək. Futbolsevərlərin "Dalğa Arena"ya gediş-gəlişi pulsuzdu.
