7 avqust 2012 13:53
Simurqun əvəzedicilərinə də cəza verildi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin yeni mövsümlə bağlı ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının da ilk turu ilə bağlı bir qərar çıxarılıb.
Belə ki, əvəzedici heyətlərin 1-ci turunun “Simurq” – “Qəbələ” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
