7 avqust 2012 01:28

Tərlan Əhmədov: Niyə də Hapoelə dörd qol vurmayaq?

“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- İsraildəki oyundan nəticə çıxarmısız?
- Bəli, analizlər aparmışıq. Belə nəticəyə gəlmişik ki, biz orda sadəcə ilk 20 dəqiqə ərzində yaxşı oynamışıq. Sonradan tempi saxlaya bilmədik, xeyli səhvə yol verdik. Əgər “Zestafoni”yə qarşı da elə oynasaydıq, nəticə qazana bilməzdik. Futbolçular çox arxayınlaşmışdılar. Rəqib isə elə bizim səhvlərimizi gözləyirmiş.
 
- Sonradan oyunun təkrarına baxanda, reaksiyanız necə oldu?
- Uşaqlar inana bilmirdilər ki, bu cür səhvlərə yol veriblər. Biz sadəcə eyforiyaya qapılmışdıq. Standart vəziyyətlərdən bu cür qollar buraxmağa başqa cür izah tapa bilmirəm.
 
- Sizcə, cavab oyunu üçün şans var?
- Hətta az da olsa, oynamaq lazımdı. Hər qol vəziyyətindən yararlanmaq lazımdı. Ola bilər ki, bəxt üzümüzə gülsün. Axı futbolda hərdən möcüzələr olur. Niyə də doğma meydanda revanş almayaq?

 
- Dörd qol vurmaq nə dərəcədə realdı?
- Bizim futbolçular “Hapoel”də çıxış edənlərdən heç nədə geri qalmırlar. Hesab edirəm ki, “Neftçi” rəqibindən zəif komanda deyil.

- Sizcə, “Hapoel”i məğlub etmək üçün necə oynamaq lazımdı?
- Səfərdə qol vəziyyətlərimiz olsa da, istifadə edə bilmədik. Evdə elə oynamaq olmaz. Meydanda əsl “Neftçi”ni görməliyik.
 
- İqor Mitreski, Rail Məlikov və Rauf Mehdiyevin “Neftçi”ni tərk etməsinə kim qərar verdi?
- Bu qərar bir oyuna görə verilməyib. Onların oyun planında çatışmazlıqları hiss olunurdu. İsraillilərlə görüşdə isə daha çox diqqət çəkdi. Biz heç bir irəliləyişin olmadığını gördük. Hələ ötən mövsümdə də bu futbolçuların səhvləri olurdu. Bütün bunlar nəzərə alındı və belə qərar verdik.
 
- İndi onları kim əvəzləyəcək?
- Biz hələ ki, yeni transferlər barədə düşünmürük. Onları öz futbolçularımız əvəzləyəcək. “Neftçi”də başqa yaxşı oyunçular var. Qapıda Saşa Stamenkoviç duracaq. Müdafiədə isə Saşa Yunisoğlunu oynada bilərik. Onların gedişi başqa futbolçular üçün yol açır.
 
- Sizə elə gəlmir ki, bu dəyişiklikləri, xüsusilə də qapı xətti ilə bağlı dəyişikliyi elə “Hapoel”lə ilk oyun zamanı etmək lazım idi?
- Rauf Mehdiyev yaxşı qapıçıdı. Kim düşünə bilərdi ki, o, elə səhvlərə yol verəcək? Amma bu məğlubiyyətdə tək qapıçını günahlandırmaq olmaz.
 
- “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib ki, Stamenkoviçin oynamasını istəyirmiş, amma məşqçilər korpusu bununla razılaşmayıb...
- Heyəti məşqçilər müəyyənləşdirir. Amma o, düz demişdi. Sadəcə, biz Mehdiyevin “Zestafoni”yə qarşı uğurlu oyunlarından sonra ondan imtina edə bilməzdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.