7 avqust 2012 14:23
Mərkəzi arena açılışa hazırlaşır
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov arenada aparılan təmir və yenidənqurma işlərinin tam yekunlaşdığını bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Stadion demək olar ki, hazırdı. Avqustun 10-da Almaniyadan mütəxəssislər gələcək. Onlar bizə qazonun ətrafındakı qaçış zolağının salınmasına kömək edəcəklər. Ayın 20-nə qədər açılış mərasimi keçirməyi düşünürük. Həmin açılışda ölkə başçısı da iştirak edəcək. Heç bir oyun keçirmək planlaşdırılmayıb. Ot örtüyü hələ yenidi və risk etmək istəyirik. Böyük ehtimalla bu arenadakı ilk oyun sentyabrın 7-də DÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək. Azərbaycan yığmasının İsraillə görüşü açılış matçı olacaq. Amma hansısa eksperiment oyununun keçirilməsi də mümkündü”.
