7 avqust 2012 14:44
Qarabağ mərkəzi arenanın rəhbərliyinə rəsmi müraciət etdi
Xəbər verdiyimiz kimi, “Qarabağ” yeni mövsümdə ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyir. Azerisport.az xəbər verir ki, artıq Ağdam klubu bu münasibətlə mərkəzi arenanın rəhbərliyinə rəsmi müraciət edib.
Bu barədə məlumatı saytımıza müsahibəsində stadionun direktoru Akif İsmayılov da təsdiqləyib. Böyük ehtimalla yenidənqurmadan sonra mərkəzi arenadan yalnız “Qarabağ” yararlanacaq.
Qeyd edək ki, bu arenadan vaxtilə ancaq “Neftçi” və “Bakı” yararlanırdı. Amma bu klublar stadion problemini yoluna qoyduğundan, Respublika stadionuna qayıtmağı düşünmür.
