7 avqust 2012 03:07
Yığmamızın forvardı oynadı, komandası qələbə qazandı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Erciyesspor” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Kayseri təmsilçisinin rəqibi “Denizlispor” olub.
Qarşılaşma 1:0 hesabıyla Cihanın komandasının xeyrinə başa çatıb. Millimizin forvardı ilk dəqiqələrdən meydanda olub və qələbədə pay sahiblərindən biri olub.
