7 avqust 2012 15:45
Hapoeli Dalğa Arenada heç kim dəstəkləməyəcək
İsrail çempionu “Hapoel” (Kiryat Şmona) UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəyi cavab matçında dəstəksiz qalacaq. Azerisport.az xəbər verir ki, komanda ilə birgə Azərbaycana heç kim gəlməyib.
Klub rəhbərliyi azarkeşlərin Bakıya gəlməsində də maraqlı olmayıb. Görünür, onlar heç bir dəstəyə ehtiyac duymayıblar. Hər halda İsrail tərəfi doğma meydanda keçirilən ilk oyunda qazandıqları 4:0 hesablı qələbəyə çox güvənirlər.
Qeyd edək ki, cavab qarşılaşması sabah - avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
