8 avqust 2012 00:04

Möcüzə, yoxsa əlvida ÇL?

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu mərhələdə ikinci oyununa çıxacaq.
 
Məlum olduğu kimi, komandamız ÇL-in cari mövsümündəki ilk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşmışdı. Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atan “ağ-qaralar” Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Azərbaycan çempionu eyni aqibəti İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna da yaşatmaq iddiasındadı.
 
Qeyd edək ki, İsrail çempionu da “Neftçi” kimi mübarizəyə məhz ikinci təsnifat mərhələsindən başlayıb və burda Slovakiyanın “Jilina” klubundan üstün olub. İlk oyunda 0:1 hesabıyla uduzmasına rəğmən, doğma meydanda qazanılan 2:0 hesablı qələbə İsrail təmsilçisinin ümumi zəfəri üçün yetərli olub.
 
İroni Kiryatı təmsil edən klub 2000-ci ildə yaradılıb. Klubun prezidenti İzi Şeratskidi, baş məşqçisi Gil Landudu. Bu ildən komandaya başçılıq edən 54 yaşlı israilli mütəxəssis əvvəllər İsrailin müxtəlif klublarında çalışıb.
 
Komanda bundan əvvəl cəmi bir dəfə avrokuboklarda iştirak edib. 2008-2009 mövsümündə UEFA Kubokunda çıxış edən “Hapoel” birinci təsnifat mərhələsində Çernoqoriyanın “Mogren” klubunu mübarizədən kənarlaşdırsa da (1:1, 3:0), ardınca Bolqarıstanın “Litex” klubuna yenilib (0:0, 1:2).
 
“Neftçi”nin rəqibi tarixi ərzində cəmi bir dəfə ölkə çempionu olub. Komanda başa çatan mövsümdə Təl-Əviv “Hapoel”ini 14 xal geridə qoyaraq çempionluğu bayram edib. Ev oyunlarını Kiryat Şmonadakı 5300 azarkeş tutumlu “Municipal” stadionuda keçirir. Lakin həmin stadion UEFA-nın tələblərinə cavab vermədiyi üçün, komanda avrokuboklardakı rəqiblərini başqa şəhərdə - Hayfada qəbul edir.
 
İsrailin son çempionunun heyətində 5 legioner forma geyinir. Bunlar makedoniyalı Darko Tasevski, amerikalı Brayan Gerziciç, argentinalı David Solari, serbiyalı Duşan Matoviç və macar Laslo Lençedi. Bütövlükdə isə, İsrail təmsilçisi “Neftçi” ilə oyunlara 26 futbolçu sifariş edib. Onların üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, səkkizi hücumçudu:
 
Qapıçılar: 1. Rom-David İluz, 13. Daniel Amos, 45. İtamar Nitsan;
Müdafiəçilər: 3. Mekonent Yazo, 4. Ben Vaaba, 5. Şir Çedek, 15. Elyad Qabay, 17. Sali Hassarmi, 20. Lior Levi, 21. Elsan Tibi, 81. Duşan Matoviç;
Yarımmüdafiəçilər: 6. Ravid Qazal, 8. Ehud Maaravi, 12. Beni Ben-Zaken, 14. Vael Mresat, 18. Brayan Gerziçiç, 22. Darko Tasevski, 23. Adrian Rohet;
Hücumçular: 7. Əhməd Abed, 9. Yoel Çehanoviç, 10. Barak Badaş, 16. Adi Elişa, 19. Şimon Abihazira, 24. David Solari, 25. Ofir Mizrahi, 29. Laslo Lençe.
 
Göründüyü kimi, heyətinə görə rəqib o qədər də qorxulu təsir bağışlamır. Amma bu, “Neftçi”nin İsrail çempionundan güclü olduğu təəssüratı yaratmamalıdı. Əksinə, “ağ-qaralar”ın bu rəqibi “Zestafoni”dən qat-qat güclü komandadı. Hansı ki, Hapoeldə keçirilən ilk oyun da bunu sübut etdi. Baxmayaraq ki, ilk oyunun səfərdə keçirilməsini hamı “Neftçi” üçün əlavə bir üstünlük hesab edirdi. Hər halda belə pley-off oyunları zamanı cavab görüşünü evdə keçirən komandalar daha şanslı hesab olunurlar. Çünki doğma meydan amilindən yararlanan həmin klublar cütün taleyini məhz azarkeşlərinin də dəstəyi sayəsində öz xeyirlərinə dəyişə bilirlər. “Neftçi” də Hayfada keçirilən ilk görüşdə sərfəli nəticə qazana bilsəydi, Bakıda keçiriləcək qarşılaşmada cütün taleyini daha asan həll edə bilərdi. Amma çox təəssüf ki, “ağ-qaralar” İsraildə böyük hesabla məğlub omaqla növbəti mərhələyə adlamaq şanslarını demək olar ki, heç endiriblər.
 
Halbuki “Neftçi” bu rəqibini hər şeyə rəğmən, keçməyə borclu idi. Çünki ikinci təsnifat mərhələsinin püşkatmasında olduğu kimi, üçüncü mərhələnin püşkündə də “Neftçi”yə düşə biləcək ən zəif cütlük məhz “Hapoel” – “Jilina” idi. Komandamız məhz bəxtin üzünə gülməsindən maksimum yararlanmalı idi. Yəni bir halda ki, püşk “Neftçi”yə münasib rəqiblər çıxarırdısa, bunu dəyərləndirmək lazım idi. Amma indi səfərdə buraxılan 4 cavabsız qoldan sonra nəyisə dəyişmək çox çətin görünür. Hər halda belə bir yenilgidən sonra mərhələ keçmək əsl möcüzə olardı. Güman ki, “Neftçi” sadəcə imic xatirinə bu görüşü qələbə ilə başa vurmağa, özünün və Azərbaycanın reytinqinə əlavə xallar qazandırmağa çalışacaq.
 
Yeri gəlmişkən qeyd edək ki, “Neftçi” bu rəqibini keçəcəyi halda daha bir əlavə üstünlük, hətta tarixi şans qazana bilərdi. Belə ki, komandamız nəinki ÇL-in qrup mərhələsinə düşmək uğrunda mübarizə aparmaq hüququ qazanacaqdı, hətta birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmiş olacaqdı. Yəni “ağ-qaralar” pley-off mərhələsində məğlub olsa da, Avroliqanın qruplarında mübarizəni davam etdirəcəkdi. Belə bir uğura isə indiyə qədər heç bir Azərbaycan klubu imza atmayıb. Beləcə, futbolumuzun “flaqman”ı sayılan komanda bu adı doğrultmuş ola bilərdi. Bu isə o deməkdi ki, “Neftçi” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ən azı bu ilin dekabr ayına qədər avrokuboklardakı çıxışını davam etdirəcəkdi. Çünki Avroliqanın qrup mərhələsinin oyunları məhz həmin ayda başa çatacaq. Amma görünür belə bir tarixi uğura imza atmaq bizim üçün yenə əlçatmaz olacaq.
 
Amma komandamız ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olsa da, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq fürsəti əldə edəcək. Bu, indiki halda bizim üçün heç də arzuolunan olmasa da, komandamız möcüzə edə bilməsə, başqa çıxış yolu qalmayacaq. Baxmayaraq ki, həmin pley-off oyununda da “Hapoel”dən zəif rəqib olmayacaq.

Qeyd edək ki, “Hapoel”lə oyun ərəfəsində komandamızın heyətində bəzi kadr problemləri var. Belə ki, komandanın və Premyer Liqamızın ötən mövsümünün bombardiri Bahodir Nasimov zədəlidi. Hazırda vətənində müalicə olunan özbək forvard “Zestafoni” ilə görüşlərdə olduğu kimi, “Hapoel”lə duellərdə də forma geyə bilmir. Bu azmış kimi komandanın baş məşqçisi Böyükağa Hacıyevin də səhhətində problem yaranıb. Bu üzdən o da “Zestafoni” ilə görüşlərdə komandasının yanında deyildi. Hazırda Moskvada müalicə olunan mütəxəssisi yenə əsas köməkçisi Tərlan Əhmədov əvəz edəcək. “Hapoel”lə ilk oyundan sonra isə komandanın üç aparıcı oyunçusu (Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski) transferə çıxarıldı. Hansı ki, onlar həmin biabırçı yenilgidə əsas günahkarlar hesab olunurlar. Buna baxmayaraq, onların adları hələ də klubun ÇL üçün iştirak ərizəsindədi:
 
Qapıçılar: 1. Rauf Mehdiyev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
 
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (cavab oyunu)
8 avqust
 
21:00. NEFTÇİ - HAPOEL (Kiryat Şmona) (ilk oyun – 0:4)
Bakı. “Dalğa Arena”.
Baş hakim: Martin Strömberqsson (İsveç).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.