7 avqust 2012 16:41
Vobay: Hamımız qələbəyə köklənmişik
“Neftçi”nin futbolçusu Julius Vobay UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
"İsraildəki 0:4 hesablı məğlubiyyət mərhələ adlamaq şansımızı azaldıb. Əgər rəqib 4 qol vurubsa, biz niyə bunu bacarmayaq. Sadəcə daha kəsərli hücumlar təşkil edib müdafiədə diqqətli oynamalıyıq. Hamımız qələbəyə köklənmişik. Son dəqiqəyə qədər mübarizə aparıb qalib gəlmək istəyirik".
Qeyd edək ki, bu komandalar arasında avqustun 1-də Hayfa şəhərində keçirilən ilk oyunda “Hapoel” 4:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
