7 avqust 2012 17:14
İnter Qəbələ ilə oyunun hazırlıqlarına başlayır
Avqustun 5-də “İnter” Premyer Liqanın birinci turu çərçivəsində ilk oyununu keçirdi. Azerisport.az xəbər verir ki, ötən gün - avqustun 6-da komanda bir yerə toplaşıb və “Qarabağ”la oyunda meydana çıxmayan futbolçular məşq prosesində iştirak ediblər.
Bu gündən etibarən isə “İnter” “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacaq. Komanda saat 19:00-da məşq edəcək. Qeyd edək ki, məşq "AZAL Arena"da keçiriləcək.
Əlavə edək ki, Premyer Liqanın 2-ci turu avqustun 10-da başlayacaq.
