7 avqust 2012 17:42
Julius Vobay: Neftçi 0:4-ün əvəzini çıxmağa çalışacaq
“Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komanda İsraildəki oyundan sonra çox tənqid olunur. Bunu necə qəbul etdiniz?
- Normal. Belə məğlubiyyətdən sonra başqa nəsə gözləmək də olmazdı. Biz də bunu normal qəbul edirik.
- Normal. Belə məğlubiyyətdən sonra başqa nəsə gözləmək də olmazdı. Biz də bunu normal qəbul edirik.
- Elə isə ilk oyunda nə baş verdi?
- Biz ora yaxşı nəticə qazanmaq üçün getmişdik. Mümkün qədər yaxşı oyun sərgiləmək istəyirdik. Amma alınmadı. Xüsusilə də, ikinci hissədə. Bu, idmandı, hər şey olur. İndi hər şeyi cavab matçında həll etməliyik.
- Hələ də növbəti mərhələyə adlamaq şansınızın qaldığını düşünürsüz, yoxsa sadəcə imic xatirinə qələbə qazanmaq istəyirsiz?
- Həqiqətən də 0:4 klubun imicinə böyük zərbədi. İndi bunun əvəzini çıxmaq lazımdı. Çalışacağıq ki, dörd qolun əvəzini çıxaq.
- Həqiqətən də 0:4 klubun imicinə böyük zərbədi. İndi bunun əvəzini çıxmaq lazımdı. Çalışacağıq ki, dörd qolun əvəzini çıxaq.
- Sizcə, bu, mümkündü?
- Mümkün olan və olmayan hər şeydən yararlanmağa çalışacağıq. Ola bilsin ki, elə dörd qol da vura bildik.
- Bəs birdən-birə üç aparıcı oyunçunun yoxluğunda bunu etmək nə dərəcədə asan olacaq? Rail Məlikov, İqor Mitreski və Rauf Mehdiyevin yoxluğu komandaya təsir etməyəcək ki?
- Bu sual mənlik olmasa da, fikrimcə belədə daha da yaxşı olacaq.
- Bu sual mənlik olmasa da, fikrimcə belədə daha da yaxşı olacaq.
- İtiriləsi heç nəyiniz yoxdu. Elə isə necə oynamaq fikrindəsiniz?
- Biz necə gəldi hücuma atılmayacağıq. Öz futbolumuzu oynamağa çalışacağıq. İlk oyunda buraxdığımız səhvləri təkrarlamamaq çox vacibdi.
- Biz necə gəldi hücuma atılmayacağıq. Öz futbolumuzu oynamağa çalışacağıq. İlk oyunda buraxdığımız səhvləri təkrarlamamaq çox vacibdi.
- Çempionlar Liqasından çıxsanız da, Avroliqada mübarizəni davam etdirmək hüququnuzun qalması ürəyinizi sakitləşdirmir?
- Çempionlar Liqasından çıxmaq bizim üçün pis nəticədi. Biz bu turnirin qrup mərhələsində oynamaq istəyirdik.
- Yəqin bilirsiz ki, Avroliqanın pley-off mərhələsində “Hapoel”dən də ciddi rəqiblə üz-üzə gələ bilərsiz...
- Bilirəm. Amma indi bu haqda düşünmək düz deyil. Bizim hələ israillilərlə cavab matçımız var.
