7 avqust 2012 17:37
Yığmamızın Bəhreyn ilə matçının başlama saatı bəlli oldu
Xəbər verdiyimiz kimi, avqustun 15-də keçiriləcək Azərbaycan - Bəhreyn yoldaşlıq oyunu Bəhreyn Futbol Federasiyasının təbii ot örtüklü meydança ilə bağlı müraciətinə uyğun olaraq AFFA-nın qəbul etdiyi qərar əsasında İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Azerisport.az xəbər verir ki, artıq oyunun başlanma vaxtı da müəyyənləşib.
Azərbaycan - Bəhreyn yoldaşlıq görüşü saat 18:00-da başlayacaq.
