7 avqust 2012 17:53
AFFA biletləri dəyişməyə şərait yaratdı
Avqustun 15-də keçiriləcək Azərbaycan - Bəhreyn oyununa bu günə qədər bilet almış azarkeşlər biletlərini avqustun 13-dən etibarən yeni biletlərə dəyişə bilərlər. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan - Bəhreyn qarşılaşması, əvvəlcədən nəzərdə tutulduğu kimi, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
