7 avqust 2012 18:56
Valideynləri izlədi, özü tarix yazdı (FOTO)
Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunun “Kəpəz” – “Turan” oyununu izləyənlər arasında çoxsaylı qonaqlarla yanaşı, Gəncə klubunda çıxış edən futbolçuların yaxınları da olub. Azerisport.az xəbər verir ki, onların arasında 2 sima daha çox diqqət cəlb edib.
Söhbət, İrakli və Qoqa Beraya qardaşlarının valideynlərindən gedir. Gürcü əkizlərin atası Soso və anası Sveta VİP-də əyləşərək, oyunu izləyib. Onlar Rusiyanın Stavropol şəhərindən Gəncəyə təşrif buyurublar. Beraya cütü bir həftə Gəncədə qonaq olacaq.
Maraq üçün qeyd edək ki, bu görüşdə qol vuran İrakli Beraya mövsümün ilk belə uğurunun müəllifi olmaqla Azərbaycan çempionatlarının tarixinə düşüb. (xemsefan.com)
