7 avqust 2012 20:33

Tərlan Əhmədov: Bunu bacaracağımıza inanırıq

“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
“Ümid sonda ölür. Onlar bizə dörd qol vurmuşdular. İndi isə biz bunu etməyə çalışacağıq. Bunu bacaracağımıza inanırıq. İlk oyundan sonra rəqibi də yaxşı tanıyırıq. “Neftçi”nin qələbə üçün kifayət qədər gücü var”.
 
Transferə çıxarılan Rail Məlikov, İqor Mitreski və Rauf Mehdiyevə gəlincə, “ağ-qaralar”ın çalışdırıcısı bunun hansısa problem yaratmayacağını düşünür: “Düzdü, komandadan gedən futbolçuların hər biri Azərbaycanda ən yaxşılardan hesab olunurlar. Amma bizdə yeni nəsil yetişir. Gedənləri onlar əvəzləyəcək. Daha konkret desək, Məlikovun yerinə Emin Mehdiyev, Mitreskinin yetində isə Saşa Yunisoğlu oynayacaq”.
 
Əhmədovun sözlərinə görə, “Neftçi” bu dəfə ilk oyundakı kimi oynamayacaq: “Oyundan sonra futbolçularımızın səhvlərini onlara göstərmişəm. Onların hamısı İsraildəkindən daha yaxşı oynamalıdılar”.
 
“Neftçi”nin məşqçisi etiraf edib ki, ilk oyunda qapını Mehdiyevə tapşırmaqla səhvə yol veriblər: “Bu, bizim səhvimiz idi. Amma bu dəfə həmin uğursuzluğu unutdurmaq istəyirik. Qapıda Saşa Stamenkoviç duracaq”.
 
Rodriqinyonun hələ də tam hazır olmadığını və bu oyunda iştirak etməyəcini deyən Əhmədov sonda Avropa Liqasına düşəcəkləri halda, pley-offda daha çətin rəqiblə qarşılaşmağın mümkünlüyündən də danışıb: “Başa düşürük ki, daha çətin rəqiblə qarşılaşa bilərik. Amma biz İsraildə buraxdığımız səhvləri bir daha təkrarlamasaq, istənilən rəqibə qarşı oynaya bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.