7 avqust 2012 20:51
Neftçinin vitse-kapitanları da məlum oldu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqovun Azərbaycan çempionu “Neftçi”nin yeni kapitanı təyin olunduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq onun yoxluğunda sarğını kimin daşıyacağı da bəllidi.
Belə ki, paytaxt klubunun vitse-kapitanı müdafiəçi Elvin Yunuszadə təyin olunub. Bu iki futbolçunun yoxluğunda isə komandaya yarımmüdafiəçi Mirhüseyn Seyidov kapitanlıq edəcək.
Xatırladaq ki, Rəşad Sadiqov “Neftçi”ni kapitan kimi ilk dəfə sabah Çempionlar Liqasında “Hapoel” (Kiryat Şmona) ilə oyuna çıxaracaq. Digərləri isə bu hüququ güman ki, yeni mövsümün gedişatında qazana biləcəklər.
